Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Kobaxidze: BBC-nin yalan informasiyası cavabsız qalmayacaq

 

BBC-nin yaydığı yalan informasiya cavabsız qalmayacaq.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, BBC-nin həqiqətə uyğun olmayan informasiyaya reaksiya verməsi və onu təkzib etməsi üçün Gürcüstan hökuməti Böyük Britaniyanın Kommunikasiyanın Tənzimlənməsi Komissiyasına müraciət etməyi planlaşdırır.

Kobaxidze qeyd edib ki, telekanalın yaydığı yalan məlumatın cavabsız qalmaması hökumət üçün prinsipial əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BBC-nin materialında ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Hakim Gürcü Arzusu partiyası telekanalı böhtana görə Beynəlxalq Ədalət Məhkəməsinə verəcək, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialda yer alan məlumatlar üzrə istintaqa başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam