Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Tiflisin TIR-larımızı buraxmadığna RƏSMİ REAKSİYA

20 gündür Batumi və Tbilisidə saxlanılan Azərbaycan “TIR”larının möhürü açıldı – Sabah yola çıxacaqlar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının Tiflis və Batumi gömrük məntəqələrində uzun müddət saxlanılması haqqında yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: O, yerli “Business Media” nəşrinin sualına açıqlamasında belə bir faktın olmadığını deyib.

Kobaxidzenin sözlərinə görə, yoxlamalardan sonra yalnız bir yük maşını ilə bağlı konkret səbəbə görə gecikmənin olduğu müəyyən edilib.

“Biz bütün mümkün çətinliklər barədə çox səmimi söhbət aparmağa hazırıq”, - o əlavə edib.

Xatırladaq ki, Azərbaycana məxsus TIR sürücüləri onların Gürcüstanda gömrük məntəqələrində əsassız olaraq 20 gündən artıq saxlanıldıqlarını iddia ediblər.

Yayılan informasiyaları şərh edən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, ölkədə yük dövriyyəsinin artması şəraitində beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələri üçün bütün gömrük prosedurları xüsusi aktiv rejimdə həyata keçirilir.

Qeyd olunub ki, beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək üçün gömrük məntəqələrinin birgə idarə olunması çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük orqanları ilə intensiv əlaqə saxlanılır və vacib problemlərin həlli yolları tez bir zamanda tapılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam