Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Tahir Mirkişili: "Qarabağa xərclənmiş pul Ermənistanın dövlət büdcəsi gəlirlərindən 2 dəfə çoxdur"

 

Bu günə qədər Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə 22 milyard manata yaxın pul xərcləyib ki, bu da Ermənistanın dövlət büdcəsinin gəlirlərindən iki dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Ötən 5 ildə Azərbaycan dövləti hərbi zəfərini bu ərazilərdə sosial-iqtisadi zəfərə çevirmək üçün möhtəşəm iş görüb. Hazırda həmin ərazilərdə 62 mindən çox, təkcə Laçında isə 5 mindən çox insan yaşayır. Mən hesab edirəm ki, Laçının işğaldan azad olunması Azərbaycan tarixində xüsusi bir səhifədir, yalnız hərbi qüdrətin deyil, eyni zamanda diplomatik qüdrətin bir daha nümayiş olunması deməkdir", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, indiyə qədər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub: "Təkcə bu iki sənaye parkında 1 000-ə yaxın insan çalışır. Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər tarixdə ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək. Bu da Azərbaycanın gələcəyə baxışını - yeni iqtisadi dəyərlər yaradılmasını göstərir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam