Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Yermak Zelenski ilə görüşdü -FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskir və Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermak

Ukrayna Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Andrey Yermak istefasından bir gün sonra Prezident Volodimir Zelenski ilə görüşüb.

Yenixeber.org: Bu barədə “RBC-Ukraina" nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, istefa Yermak üçün ciddi zərbə olub. Onların bildirdiyinə görə, Zelenski ilə aralarında çətin danışıq baş tutub.

“Qərar verildikdən dərhal sonra Yermak istefa ərizəsini yazıb, tez bir zamanda əşyalarını toplayıb. Ertəsi gün isə yenidən Bankovaya gəlib – sadəcə danışmağa. Axı onun və Zelenskinin uzun illik birgə yolu var”, – materialda vurğulanır.

“RBC-Ukraina" nəşrinin məlumatın görə, hazırda Andrey Yermakın yerinə ən çox müzakirə olunan namizəd arasında müdafiə naziri Denis Şmıhal, nazir Mixail Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Administrasiyası rəhbərinin müavini Pavel Palisa yer alır.

Qeyd edək ki, evində keçirilən axtarışlardan sonra Zelenski Yermakın istefa ərizəsi yazdığını açıqlayıb. Bir qədər sonra dövlət başçısının PA rəhbərinin vəzifədən azad olunması barədə sərəncam imzaladığı məlum olub.

"Nyu-York Post" nəşri isə Yermakın cəbhəyə getmək qərarı verdiyini bildirib.

Eyni gündə keçmiş PA rəhbəri “Financial Times”a müsahibə verərək Zelenskiyə qarşı heç bir incikliyinin olmadığını deyib. O, prezidentlə dostluqlarının bundan sonra da davam edəcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam