Türkiyə güclü silkələndi...

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda zəlzələ olub.
Yenixeber.org: Bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Vurğulanıb ki, 5,4 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 12:59-da qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.