Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Burkina Faso, Mali və Niger BCM-dən çıxır

 

Burkina Faso, Mali və Niger dərhal qüvvəyə minmək şərti ilə Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarına gəliblər.

Yenixeber.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, hər üç ölkə hazırda hərbçilər tərəfindən idarə olunur və Rusiya ilə sıx əlaqələrə malikdir. Onlar yaydıqları birgə bəyanatda bildiriblər ki, artıq BCM-nin yurisdiksiyasını tanımırlar.

"BCM sübut olunmuş hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə, soyqırım və təcavüz aktlarına görə məsuliyyət daşıyanları araşdırmaq və cəzalandırmaq qabiliyyətsizliyini göstərib", – Burkina Faso, Mali və Niger liderləri vurğulayıb.

Onlar həmçinin bildiriblər ki, "sülh və ədaləti möhkəmləndirmək üçün öz mexanizmlərini yaratmaq" niyyətindədirlər.

Xatırladaq ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada "hərbi cinayətlər törətməkdə ittiham olunaraq" həbsinə order verib. Bu orderi BCM-in yurisdiksiyasını tanıyan 125 ölkə yerinə yetirməyə borcludur.

Burkina Faso, Mali və Nigerin BCM-dən çıxması Putinin bu ölkələrə səfər etməsi üçün hüquqi maneələrin aradan qalxması kimi dəyərləndirilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam