Türkiyəli diplomat İrəvana gedir

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana səfər edəcək.
Yenixeber.org: Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Sərdar Kılıç İğdırda jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi planlaşdırılır:
“Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq Iğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”.
Səfir Sərdar Kılıç qeyd edib ki, Ermənistan tərəfi sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.
Qeyd edək ki, Serdar Kılıç və rəhbərlik etdiyi nümayəndə heyəti Alican Sərhəd Qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.