HƏMAS bu teraktın məsuliyyətini üzərinə götürdü -FOTO
HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadası sentyabrın 8-də Qüdsdə baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Yenixeber.org: Bununla bağlı hərəkatın Teleqram kanalında rəsmi məlumat paylaşılıb.
Bildirilib ki, hücum edən iki silahlı şəxs avtobusa daxil olaraq sərnişinlərə atəş açıb. Hər iki terrorçu hadisə yerində təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.