Yenixeber.org: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 165 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 723 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 304,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.