Zelenski Slovakiyanın Baş naziri ilə görüşünü məzmunlu adlandırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşünün məzmunlu olduğunu bildirib.
Yenixeber.org: "Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Bu dialoqu davam etdirəcəyik", - V.Zelenski bildirib.
O həmçinin qeyd edib ki, Slovakiyanın Baş nazirini ABŞ Prezidenti Donald Trampla söhbəti və "İstəklilər koalisiyası"nın iclasının nəticələri barədə də məlumatlandırıb.