Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Paşinyan Ermənistanın yeni Konstitusiyasına dair referendum ətrafında yaranmış vəziyyəti şərh edib

 

Sənəd hazır olduqdan sonra Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirəcək.

Yenixeber.org xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hökumətin yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyi var və bu müddət 2027-ci ilə qədər müəyyən edilib.

“Hazırda yeni Konstitusiya layihəsi üzərində işləyirik. O, hazır olanda, yəqin ki, referendum keçirəcəyik. Amma bunun bu prosesə (Azərbaycanla sülh prosesinə - red.) heç bir aidiyyəti yoxdur. Hərçənd strateji baxımdan onun bu prosesə təsiri ola bilər”, - o qeyd edib.

Paşinyan onu da bildirib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin hazırkı Konstitusiyaya zidd olduğuna qərar verərsə, Konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüslə çıxış etməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam