Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Qeyri-adi hadisə: 5 gün suyun altında qaldı

 

Çinin Hunan əyalətindən olan həvəskar dalğıc Vanq beş gün sualtı mağarada sağ qalmağı bacarıb.

Yenixeber.org xəbər verir ki, hadisə iyulun 19-da baş verib. Həmin gün Vanq dostu ilə birlikdə çaya girdikdən cəmi beş dəqiqə sonra gözdən itib.

Məlumata görə, Vanq suda üzərkən təsadüfən sualtı mağaraya daxil olub və orada azaraq həm zaman, həm də məkan anlayışını itirib. O, möcüzə nəticəsində sağ qalıb, çünki mağarada hava ilə dolu təbii bir boşluq taparaq orada nəfəs ala bilib. Bütün bu müddət ərzində yalnız çiy balıqla qidalanaraq həyatını davam etdirib.

Hadisədən sonra polis, xilasedicilər və sualtı dalğıcların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Vanq işıq gördükdən sonra fənəri ilə siqnal verib və bu siqnal onun qısa müddətdə tapılmasına səbəb olub.

Xilas edildikdən sonra Vanqın səhhətinin qənaətbəxş olduğu bildirilir. O, özü təcili tibbi yardım maşınına qədər yeriyə bilib. İlk istəyi isə siqaret olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam