Bayramov Gürcüstandadır
Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
Yenixeber.org: Bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.