Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ukraynanın ABŞ-dakı səfiri o olacaq -FOTO

zelenski-abs-ye-onu-sefir-gondermek-isteyir

Ukrayna ABŞ-də səfiri vəzifəsinə əvvəllər baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini - ədliyyə naziri vəzifəsini tutmuş Olqa Stefanişinanın namizədliyini irəli sürüb.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda məsələ təsdiq mərhələsindədir: “Olqanın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizədliyi ilə bağlı Vaşinqtonla razılaşma prosedurları davam edərkən o, Amerika ilə münasibətlərdə tempi qorumağa çalışacaq. Təsdiqləmə prosesi dövründə Stefanişina ABŞ ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissar kimi çalışacaq”.

Mənbənin yazdığına görə, bundan əvvəl Stefanişinanın Avropa İttifaqına səfir kimi gedəcəyi gözlənilirdi. Lakin ötən ay yerli media Ukraynada dondurulmuş qiymətli aktivlərin idarə edilməsi ilə bağlı korrupsiya qalmaqalında O. Stefanişina ilə əlaqəli şəxslərin, o cümlədən onun keçmiş ərinin əlaqəsi olduğunu yazmışdı. Lakin Olqa Stefanişina keçmiş əri və onun biznesi ilə hər hansı əlaqəsinin olduğunu inkar edib. Bununla belə, Ukraynanın İxtisaslaşdırılmış Korrupsiyaya ilə Mübarizə Prokurorluğu Stefanişinaya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıb. Onu 6 ilə qədər həbs gözlədiyi bildirilir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam