Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Vəkil Adəm Məmmədovdan YENİ XƏBƏR:Məhkəmə qərar verdi...

Adəm Məmmədov

Həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Yenixeber.org: Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Vəkil Cavidan Osmanlının  verdiyi məlumata görə, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Adəm Məmmədovla bağlı hökm qüvvəyə mindiyi üçün o, cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024 tarixdən 1 illik dayandırılıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam