Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bakıda qadın güllələnib, klinika direktoru olan əri saxlanılıb - YENİLƏNDİ

Bakıda qadın güllələnib, klinika direktoru olan əri saxlanılıb - YENİLƏNİB-1
Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

Yenixeber.org: Bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

16:24

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

Məlumata görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.

***

14.26

Bakıda qadın güllələnib.

İyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

V.Kərimov polis tərəfinfən saxlanılıb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam