Ərdoğan İraqın baş naziri ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani arasında telefon danışığı baş tutub.
Yenixeber.org: Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, danışıq zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Türkiyə lideri bildirib ki, Ankara bölgədə terrorizmin tamamilə məhv edilməsi üçün qəti addımlar atacaq.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə və İraq bütün sahələrdə, xüsusilə “İnkişaf Yolu” layihəsi çərçivəsində qarşılıqlı fayda əsasında əlaqələrini inkişaf etdirməkdə davam edirlər.