Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq -XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 12-15-də havanın maksimal temperaturu artacaq.
Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.