Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Bu kolleclərə yeni rəhbərlər təyin edildi -SİYAHI

bu-kolleclere-yeni-rehberler-teyin-edilib

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.

Yenixeber.org: Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır.

Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam