Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Ərdoğan:Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib.

Yenixeber.org xəbər verir ki, bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır.

"Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün səylərimizi səfərbər edirik. 2024-2030-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərinin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm", - dövlət başçısı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam