Ermənistan parlamenti "Elektrik şəbəkələri"nin milliləşdirilməsi layihəsini təsdiqləyib
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi mexanizmlərini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yenixeber.org xəbər verir ki, 65 deputat qanun layihəsinin lehinə, 27 deputat əleyhinə səs verib, bir nəfər bitərəf qalıb.