Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ödənişli təhsil ləğv olunur

exam_0704142016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub.
Xeberinfo.com:   Məlumata görə, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, ödənişli əsaslarla plan yerləri Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ləğv edilir: “Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub. 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda mexanizm işlənilir”.
N.İbrahimov əlavə edib ki, bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək.
Qeyd edək ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə – dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.
Bir müddət əvvəl Trend-ə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi təhsil müəssisəsinin bu mexanizmin tətbiqindən sonra istənilən sayda tələbə qəbul edə bilməsi deyil.
Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil – ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: “Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam