Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ali məktəblərə qəbul: 17%-ə yaxın yer boş qalıb

2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul planı (II mərhələdən sonra) 83.31% dolub.

Xeberinfo.com:  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb.

Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam