Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Deputatlar tətilə çıxır - Sonuncu plenar iclasın TARİXİ

 

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Yenixeber.org-un məlumata görə, sessiyanın sonuncu iclasının iyulun 8-də baş tutacağı gözlənilir.

Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib. 

Azərbaycan Respublikasının Milli Məclisi hər il iki əsas növbəti sessiya keçirir: 

Yaz sessiyası – 1 fevraldan 31 mayadək davam edir.
Payız sessiyası – 30 sentyabrdan 30 dekabradək keçirilir.

Əgər sessiyanın başlanğıc tarixi istirahət gününə düşərsə, sessiya həmin tarixdən sonra gələn ilk iş günü başlayır.

Bundan əlavə, zərurət yarandıqda Milli Məclis növbədənkənar sessiyalar da keçirə bilər. Bu sessiyalar Prezidentin təşəbbüsü ilə və ya ən azı 42 deputatın müraciəti əsasında çağırılır.

Onu da qeyd edək ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam