Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

"Ermənistan" fraksiyası Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 28 imza təqdim edəcək

 

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzasını uyğun müddətdə təmin etməyə hazır olduğunu bəyan edib.

Yenixeber.org xəbər verir ki, bu barədə deputat Kristine Vardanyan sosial şəbəkələrdə bildirib.

"Biz "Şərəfim var" fraksiyasından olan həmkarlarımızla müzakirələrə hazırıq", - o yazıb.

İki müxalif fraksiyanın tərkibinə 34 deputat daxildir. Ermənistan qanunvericiliyinə əsasən, impiçment prosesinin başlanması üçün təşəbbüskarlar baş nazir vəzifəsinə öz namizədlərini təklif etməlidirlər. Müraciətə 36 imza olduqda baxıla bilər. Hökumət başçısına etimadsızlıq bildirmək üçün 107 deputatdan ən azı 54-ü impiçmentin lehinə səs verməlidir.

Daha əvvəl müxalif "Şərəfim var" fraksiyası ölkənin baş naziri vəzifəsinə Masis icmasının başçısı David Ambartsumyanın namizədliyini irəli sürüb. Lakin dörd müstəqil deputatdan ikisi artıq bu namizədə qarşı olduqlarını bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam