Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin bəyannamə göndərməsi asanlaşacaq

 

Azərbaycanda sadələşdirilmiş vergitutma rejimində işləyən vergi ödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində intensiv işlər aparılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclasında məlumat verilib.

İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir. Tədbirdə qurumla yanaşı, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin I rübündə, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub. Qeyd olunub ki, ötən müddət ərzində vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib.

Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə İşçi qrupunun üzvlərini məlumatlandırıb, ötən müddət ərzində həyata keçirilən təhlil, araşdırmalar və Ombudsman xidmətinin əsas fəaliyyət prinsiplərini diqqətə çatdırıb.

İclasda 2025-ci il üzrə Yol Xəritəsinin hədəfləri üzrə nəzərdə tutulan işlər də müzakirə olunub. İlin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəflərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam