
"Düşünürəm ki, SOCAR-da gedən proseslərlə əlaqədar müvafiq qurumlar tərəfindən yoxlanılmasına və nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur. Sonra gec olar!.."
Yenixeber.org: Bunu hüquq mühafizə orqanlarına müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmnalı qeyd edib.
NHMT sədri müraciətini belə davam etdirir: "Cənab Rövşən Nəcəf, uzun müddətli iş stajına və təcrübəyə malik peşəkar işçiləri kütləvi surətdə işdən çıxarmaqda məqsədiniz nədir?
-Bildiyiniz kimi artıq bir neçə aydır ki, Dövlət Neft Şirkəti (SOCAR) struktur dəyişikliyi edir. Bununla əlaqədar gedən proseslər isə çoxlu sayda ciddi qanun pozuntuları ilə müşahidə olunur. İşdən azad olunan, yaxud əmək haqları azaldılmış çoxlu sayda işçi tərəfindən müxtəlif qurumlara ərizə və şikayətlər yazılsa da, təssüf ki, qanunu pozan (ARƏM Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) vəzfəli şəxslər cəzalanmır. Ona görə ki, əmr cənab Rövşən Nəcəf və onun komandasından gəlib.
Dünən aldığım məlumatda isə qeyd olunub ki, Azneft İB strukturuna daxil olan idarə və müəssisələrdə işçilərin diqqətinə çatdırılıb ki: yaşı 60+(altmış yaşdan yuxarı) olan işçilər , müəyyən kompensasiya müqavilində ərizə yazıb işdən çıxmalıdırlar. Əks halda onlar imtahan nəticələrinə əsasən işsiz qala bilərlər! Axı bu işçilərin təqaüdə çıxmasına hələ 1-5 il var? Onları bu yaşda kim işə qəbul edəcək?
Bununla əlaqədar hazırlanmış sənədə( yəqin ki əmr-qərar) işçilərin əmək haqqısından üzvülük haqqı alıb onları müdafiə etməyən Həmkarlar Təşkilatı da qol çəkib sizi məsuliyyətdən qurtarmağa çalışsa da ,bu halda tərəfinizdən ölkə qanunvericiliyi pozulub;
Azərbaycan Respublikasının Konstitutsiyası
Maddə 24. 1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
Maddə 25. Bərabərlik hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
ARƏM maddə 16.1.1. Əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır..."
Məsələ diqqətimizdədir...(Dia-az)
Məsələ diqqətimizdədir...(Dia-az)