Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

"Tehran Dialoq Forumu çox vacib platformadır,..." -Hikmət Hacıyevdən AÇIQLAMA

Hikmət Hacıyev

"Tehran Dialoq Forumu çox vacib platformadır, regional və qlobal məsələlər müzakirə olunur”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da İranın dostu, qardaşı, qonşusu olaraq, nümayəndə heyəti ilə bu tədbirə dəvət olunub: “Tədbir çərçivəsində həm ikitərəfli, həm ümumi panel müzakirələrdə iştirak etmişik. Bu müzakirələr İran-Azərbaycan münasibətlərinə yeni nəfəs, yeni təkan verib. Bizim iranlı həmkarlarımızla qarşımızda duran vəzifə ondan ibarətdir ki, mövcud əlaqələri daha irəli aparaq. İranda keçirilən bu Tehran Dialoq Forumu çərçivəsində biz regional, qonşu dövlətlər arasında olan məsələləri müzakirə etməklə bərabər, İranla Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətləri əsasında əlaqələrimizin inkişaf perspektivlərini bir daha müzakirə edəcəyik”.

          ***

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib

Prezidentin köməkçisi bildirib ki, Cənubi Qafqaz regionunda məhz Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi: “Regionda sülh üçün çox münbit şərait yaranıb. Cənubi Qafqazda yeni status-kvo və yeni reallıq yaranıb. Bu status kvo da işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir. Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin mətni də rəsmi Bakı tərəfindən Ermənistan tərəfinə təqdim olunub. Bu Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunu, nə qədər dəstəklədiyinin bariz təcəssümüdür. Müsbət tərəf odur ki, sülh sazişinin mətni razılaşdırılıb. Bununla bərabər Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq. Amma məmnunluqla deyə bilərik ki, Azərbaycan və Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana regionda sülh üçün münbit şərait var. Bu gün regionda həqiqətən sülh, sabitlik var. Defakto deyə bilərik ki, regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması eçün Azərbaycan üzərinə düşən səyləri davam etdirəcək ki, regionda qəti sülh bərqərar olsun”.(Tasnim)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam