Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mübahisəli cərimələr -Vətəndaşlar nə etməli /VİDEO

 

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.

Yenixeber.org xəbər verir ki, bununla əlaqədar İTV süjet hazırlayıb.

Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”. 

Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.

Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.

Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.

Ətraflı İTV-nin videomaterialında:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam