Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakıda klassik avtomobillərin sərgisi keçirilir- FOTO

 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.

Yenixeber.org xəbər verir ki, Bakının Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.

Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.

Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.

Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.

Qeyd edək ki, mayın 18-də "Sürətin evolyusiyası" sürət avtomobillərinin və "Supercar"ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam