Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədinə sadiqdir"

 

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) qlobal iqtisadi artımın və “yaşıl keçid”in sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.

Yenixeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının plenar sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycan qlobal çağırışların həlli və “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirdi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olundu. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dollarlıq vəsaiti nəzərdə tutur”, - nazir vurğulayıb.

Tədbirdə Azərbaycanın beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.

Tədbirdə EBRD-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il EBRD üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. EBRD ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir.

Qeyd edək ki, M.Cabbarov EBRD-nin İllik Toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam