Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

 

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq.

Yenixeber.org xəbər verir ki, həmin il Ramazan ayı iki dəfə – yanvar və dekabr aylarında qeyd olunacaq. Bunun əsas səbəbi hicri təqvimin günəş təqvimindən daha qısa olmasıdır.

Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq .

İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər.

İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam