Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib

 

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.

Yenixeber.org xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.

D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.

Təqsirləndirilən digər şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam