Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İğdır-Naxçıvan kəmərinin açılışında iştirak etmək üçün Türkiyəyə gedəcək. Türkiyə tərəfinin rəsmi məlumatına görə, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımların, eləcə də cari regional və qlobal hadisələrin müzakirə olunacağı gözlənilir.

Yenixeber.org-un məlumatına görə, səfər əsnasında 25 sentyabr 2023-cü ildə təməli Ərdoğan və İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.

Qeyd edək ki, qaz kəməri Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirmək məqsədilə inşa edilən strateji əhəmiyyətli layihədir. Layihə Naxçıvanın təbii qaz təchizatında riskləri azaltmaq və enerji təminatını daha etibarlı etmək üçün nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəməri illik 500 milyon kubmetr qaz nəqli potensialına malikdir və Naxçıvanın təbii qaz tələbatını tam ödəyə biləcək gücə malikdir. Layihə çərçivəsində Dilucu məntəqəsində 20 min kvadratmetr sahəni əhatə edən qazpaylayıcı stansiya tikilib. 

 

Hazırda Naxçıvanın təbii qaz təchizatı İranla bağlanmış svop müqaviləsi əsasında həyata keçirilir. Bu müqaviləyə əsasən, Azərbaycan İrana qaz verir və eyni həcmdə qaz Naxçıvana ötürülür. Lakin bu tənzimləmə Naxçıvanın qaz təchizatını bir mənbədən asılı vəziyyətdə saxlayır və potensial risklər yaradır.

İğdır-Naxçıvan qaz boru kəmərinin inşası ilə Naxçıvanın qaz təchizatı şaxələndiriləcək və bir mənbədən asılılıq aradan qaldırılacaq. Bu, muxtar respublikanın enerji təhlükəsizliyini gücləndirəcək və təchizatda mümkün fasilələrin qarşısını alacaq.

İran vasitəsilə həyata keçirilən mövcud qaz təchizatı bəzi hallarda siyasi təzyiq vasitəsi kimi istifadə edilə bilər. Türkiyə üzərindən alternativ qaz təchizatının təmin edilməsi ilə İranın bu sahədəki təsiri azalacaq və Naxçıvanın enerji təminatında daha müstəqil mövqe əldə ediləcək.

Layihə Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi strateji investisiyalardan sonra Türkiyə və Azərbaycanın birlikdə inşa edəcəyi üçüncü təbii qaz kəməri olacaq.

Modern.az Təhlil və Araşdırma Qrupu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam