Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Etibar Məmmədov: "Bakıda yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq"

 

Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov "Su şəbəkəsinə qoşulma" işçi qrupunun iclasında deyib.

O qeyd edib ki, yaxın zamanlarda bu layihələrin icrası, yəni böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq:

"Artıq bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqları verilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq. Ümumiyyətlə, bəzi problemlər mövcuddur. Bu problemlər əsasən mərkəzləşmiş sistemin olmadığı yerlərdə yaranır. Belə ki, sahibkarlar üçün bu sistemə qoşulmaq mümkün olmur. Bu da təbiidir, çünki istehsalçılar bu gün sudan istifadə edirlər, lakin mərkəzləşmiş sistemə qoşula bilmirlər. Bunun əvəzinə, model tipli qurğulardan istifadə edərək hələlik öz bizneslərini inkişaf etdirə bilirlər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən hər hansı bir dəstək, kömək və ya tövsiyə lazım olarsa, biz hər zaman hazırıq və bu məsələləri həll etməyə çalışırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam