Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Gürcüstan səfiri də Şəhidlər xiyabanında olub - FOTO

Gürcüstan səfiri Şəhidlər xiyabanında - FOTO

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.

Yenixeber.org: Bu barədə Gürcüstan səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

“Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və səfirliyin əməkdaşları ilə birlikdə 35 il əvvəl Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib. 1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü”, – paylaşımda bildirilib.

Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.

“20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub”, - paylaşımda qeyd olunub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam