ABŞ-PENSİLVANİYA: “ÇATACAQ XOCA FƏTULLAH GÜLƏNƏ...”
Gəncə Aqrar Universitetinin və Gəncə Texnologiya Universitetinin rəhbərlərinə: Mən Sizi ittiham edirəm. (Azərbaycanda Camaatın qurulması nəzərdə tutduqları Paralel Respublikanı təmsil edənlərin siyahısı ABŞ-ın Bakıdakı səfarətxanasında saxlanılır.)
Xeberinfo.com: Araşdırma materiallarına görə Xoca Fətullah Gülənin Azərbaycanda “Beyinlərin təmizlənməsi” strategiyası ilə qurduğu Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Sumqayıt... təhsil sistemindən – liseylərindən bu gün “İŞİD” Beynəlxalq terror təşkilatında səkkiz nəfər (biri qız olmaq şərtiylə) Azərbaycana qarşı qurulmuş “Hələbdəki Biz” silahlı birləşməsində iştirak edir. Təşkilatın liderlərindən olan Maqsud Baki (ABŞ MKİ-də “Mövlan” təxəllüslü şəxs) Türkiyə MİT-dəki istintaq materiallarına görə ABŞ Dövlət Departamentinin Kristina Minar adlı nümayəndəsilə Pensilvaniyada Xoca Fətullah Gülənlə görüşdə olub. Təlimat tam aydın olmasa da məlum olub ki, “İŞİD” tərəfdən öldürülən hər bir türk əsgəri üçün Fətullah Gülənin mükafatı var. Əldə olunan məlumatlardan aydın olur ki, son iki ay ərzində Azərbaycana təqribən min nəfərə yaxın ərəb vətəndaşı gəlib. İstirahət və yaxud turist adı ilə gələn bu ərəb ailələri bir qayda olaraq Suriya, İraq, Əfqanıstan, Pakistan, İordaniya... ərazisindən keçib gələnlərdir. Görən, təhlükəsizlik naminə bir nəfər oldumu ki, bu vəhabi ərəblərini nəzarətə götürüb, yoxlasın? Yox. Heç kəs yoxlamadı. Amma sonradan xarici mətbuat səhifələrindən öyrənirik ki, “İŞİD”in üzvləri təqribən onbeş günlük Qafqaza və Orta Asiya regionlarına turist adı ilə dincəlməyə çıxıblar. Və o da aydın oldu ki, bir və yaxud iki nəfərlik ailələri olan bu ərəblərin heç biri digərini tanımır və hər birinin barmaqları tətik çəkməkdən kötükləşib... Heç olmasa gələn ərəblərin barmaqlarındakı tətik yerlərinə fikir verəydiniz, cənablar... “Vitse-prezident” kim olacaq müzakirəsini bir yana qoyub, milləti, dövləti düşünməyə heç olmasa vaxtınız olsun.
Fətullah Gülənin erməni sevgisi
Və yaxud bu da aydın olub ki, Qarabağın azad olunmasında baş verən “Aprel döyüşlərində” (2016) Fətullah Gülən Yerevandakı ABŞ səfirliyində əyləşən dostları vasitəsiylə Azərbaycan əsgərinin ölümündə iştirak edən hər bir erməni əsgərinə 500, zabitinə isə 1000 dollar mükafat verib. Fikrimcə Aprel Şəhidliyində Fətullah Gülənin barmağı qan içindədir.
Digər bir məlumata görə Fətullah Gülənin “İdeoloji mətbəxi”ndə hazırlanmış və yerlərdəki nümayəndəliklərinə ünvanlanmış mesajda isə məsləhət görülür ki, Pensilvaniyaya, Fətullah Gülənə məktub yola salasız və ona yenidən biət edəsiz. Həmçinin qeyd olunur ki, Pensilvaniyaya göndərilən məktublar bir qayda olaraq ABŞ-ın Bakıdakı nümayəndəliyindən yola salınır və məktubun üstündə də yazılır: “...Çatacaq Xocam Fətullah Gülənə”. Məlumata görə indiyədək yüzlərlə məktub məhz səfirlik nümayəndələrinin əliylə Pensilvaniyaya yola salınıb.
Azərbaycanda da Türkiyədəki kimi bilavasitə ABŞ MKİ-nə məxsus, lakin Fətullah Gülən kontingentini əhatə edən “ByLock” telefon kəşfiyyat proqramı fəaliyyət göstərir. Bu məxfi proqramla istənilən adamın telefonu Fətullah Gülənin nəzarətində qalır və istənilən vaxt həmin telefon dinlənilir.
Məlumatlarda göstərilir ki, Türkiyə XİN-nin İdarə rəisi Seyfulla Şahin və onunla yanaşı onlarla diplomat Fətullah Gülənçi kimi işlərindən qovulub və həbs ediliblər.
Əvvəllər araşdırmalarımızda Qarabağ ərazisində - işğal altındakı torpaqlarımızda ermənilərin qoşun kontingentiylə sıx əlaqələrə malik Fətullah Gülən bir versiya olaraq qalırdı. İndi isə bu artıq həqiqətdir.
Türkiyədə ciddi nəzarət altında olan mövzular var. Onlardan biri ermənilərin ölkə tarixindəki roludur (bu “rol”un nə qədər “müsbət” olduğu göz önündədir, gizlətməyə ehtiyac yoxdur – “Hurriyyet.org”). “Novosti Armenii” – “News.am” Türkiyə cəmiyyətinin müxtəlif problemlərini işıqlandırır. (Bu dəfə söhbət baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətinə vurduğu zərbələrlə beynəlxalq diqqətin mərkəzinə çevrilən Fətullah Gülənin erməni mənşəli olmasından gedəcək.) Türkiyə tarix cəmiyyətinin keçmiş direktoru Yusuf Halaçoğlu Gülənin erməni mənşəli olduğuna aşkar eyham vurub. Sonra bu mövzunu türk jurnalist Murad Alperen davam etdirdi – bildirdi ki, Gülən erməni əsillidir və onun babaları vaxtilə Ərzurumda türkləri qırıblar.
Məlumata görə Gülənin babaları 1915-ci ildə kürdləri və türkləri qətlə yetiriblər. Hələ 2014-cü il fevralın 4-də Ermənistanın “Novosti Armenii” – “News.am” saytında nurçular sektasının rəhbəri, Türkiyədə 15 iyul tarixli uğursuz çevriliş cəhdində ittiham edilən Fətullah Gülənin erməni mənşəli olması barədə araşdırma dərc olunub. Aktuallığını itirməyən materialı nəzərinizə çatdırırıq.
1999-cu il, iyunun 14-də Türkiyənin “Star” qəzeti Gülən haqqında Türkiyənin polis rəisi Cövdət Saralın rəhbərliyi altında yazılmış hesabatı dərc etdi – burada Gülənin türk mənşəli olmasının şübhə doğurduğu ifadə edilirdi.
2013-cü il, iyulun 5-də Türkiyənin “Turkishnews.com” saytı Gülən barədə material yerləşdirdi. Burada yazılırdı ki, 1915-ci il hadisələri zamanı Gülənin babası pasinerli İbrahim bəyin yanında işləyirmiş. Bəyin yanında işləyən erməni xidmətçilər onun ailəsinə müsəllət olurlar, İbrahim bəy də öz növbəsində onu və onun ailə üzvlərinin bir qismini öldürərək intihar edir. Təkcə Gülənin atası sağ qalır, kimliyini dəyişərək, 18-19 yaşlarında ikən İspirə gəlir və orada yerləşir, müsəlman adını götürərək evlənir. Bundan sonra daima türkləri qətlə yetirən erməniləri söyərək hər yerdə özünü Əhli-Beyt yolunda olan mömin müsəlman kimi qələmə verir. Gülənin atasının erməni mənşəli olduğunu onun öz deyimindən də anlamaq olur: “Elə bir oğul tərbiyə edirəm ki, onları öz dinləri ilə vuracaq”. Başqa sözlə deyilsə, Gülən türkləri onların öz dinləri – islam ilə vuracaqdı (O, yeni müsəlman kimliyi ilə bir türk qızı ilə evlənir. Gülənin atasının “Elə bir övlad yetişdirirəm ki, bunları öz dinləri ilə vuracaq” deyimi də buradan qaynaqlanır (E.M.H, 2 Haziran 1999).
Gülənin erməni mənşəli olmasına daha bir sübut onun babalarının vətəni ilə bağlıdır. Bəllidir ki, Gülənin babası Ərzuruma Van gölü yaxınlığında yerləşən, ermənilərin məskunlaşdığı Xlatdan gəlib. Deyilənə görə, Gülənin babasının Xlatı tərk edərək Ərzurumun Basen rayonunda məskunlaşmasına səbəb ailənin namusu ilə bağlı hadisə olub.
“Kapsamhaber” saytı da maraqlı məlumatlar dərc edib: Gülənin babaları müsəlmanların, ilk növbədə isə kürdlərin qırğınlarında iştirak etdikləri üçün bir müddət İrəvanda gizlənməyə məcbur olublar, lakin burada torpaq və qazanc əldə edə bilmədiklərindən Türkiyəyə qayıdıblar. Doğma torpaqlarda müsəlmanların qırğınlarında ittiham edildikləri üçün onlar Ərzuruma yola düşürlər.
Həmçinin, Gülənin oğlu ilə arvadı azərbaycanlı Məryəm müzakirə edilir. Oğlu ABŞ-da təhsil alıb, geri dönəndən sonra Gülən təşkilatının baş qəzeti olan “Zaman”da, sonra isə “Radikal” nəşrində çalışır. Onun bir oğlu, bir qızı isə Bakıda qalır (?)...
Gülənin gəlini də uzun müddət “Zaman” qəzetində çalışıb. O, “erməni soyqırımı” barədə “İstanbullu bic” adlı qalmaqallı kitab yazıb. Bu kitaba görə ona qarşı 301-ci maddə ilə (türk ləyaqətinin təhqirinə görə) cinayət işi açılmışdı.
Gülən hərəkatının, və yaxud da Türkiyədə deyildiyi kimi, Gülən dini icmasının Türkiyə daxilində və xaricində məktəbləri, universitetləri, fondları, KİV, xəstəxanaları, müəssisələri və bankları var.
Fətullah Gülənin geniş dairəsi...
Gülən hərəkatının üzvləri demək olar ki, Türkiyənin bütün idarələrində görkəmli postlar tuturlar. Məhz onların sayəsində Gülən “Böyük rüşvət” əməliyyatı vasitəsilə Ərdoğana və onun partiyasına qəfil və kəskin zərbə vura bildilər.
Məlumata görə son iki gün ərzində Türkiyənin həm Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyatında, eləcə də ölkənin MİT-da çalışan 87 nəfər xarici kəşfiyyat bölmələrinin əməkdaşı öz işlərindən uzaqlaşdırılıb. Əlavə olaraq 141 nəfər kəşfiyyatçı ilə bağlı istintaq qurulub. 210 nəfər rəhbər polis zabiti, 1481 nəfər hakim, 650 nəfər prokuror həbs edilib. Ölkənin MN-nin kontingentinə gəlincə, burada da 6319 nəfər əsgər və zabit öz işindən qovularaq, həbs edilib. Türkiyənin təhsil sisteminin 88 faizi yenidən qurulur.
Azərbaycanda Fətullah Gülən qorxusu və yaxud xofu var. Çox adamlar Xocanın kölgəsinə necə sığınıblarsa, ondan çıxa bilmirlər. Çünki öhdəlik götürüblər. Ölkənin təhsil sistemində “Beyinlərin yuyulması” proqramı davam edir. Fətullah Gülənin məktəblərimizə yeridilmiş “Robot Nik” kəşfiyyat proqramı artıq uşaqlarda genetik bir xəstəliyə aparıb çıxarıb. Fətullah Gülənin təhsil sistemi Robotlaşmış mexanizminin üstündə qurulduğundan onu “Diffektologiya” xəstəliyi ilə eyniləşdirirlər. Bu adamlar – beyin və həyat tərzlərində qüsurlu olan Gülən camaatının övladları üçün “Vətən” anlayışı sonuncu və əlçatmaz anlayışdır. Onlar istənilən vaxt, istənilən şəraitdə ötürülmüş (istənilən məsafədən) siqnallar vasitəsiylə istənilən cinayəti (mənəvi, psixoloji, fiziki terroru) törətmək iqtidarında olurlar. Bu adamlar üçün “Rəhm etmək”, “Güzəştə getmək”, “Sevgi”, “Vurğunluq”, “Torpağa bağlılıq”, “Övlad”, “Ailə”... anlayışları demək olar ki, yoxdur. “Hər kəs özü üçün, hər kəs Xoca üçün” bu adamların içini çürüdüb...
Bu yaxınlarda Türkiyə mətbuatında Azərbaycan MN-nin qurumları ilə, yüksək rütbəli zabit heyətilə bağlı hazırlanmış onlarla yazının qabağını almağa müvəffəq olduq. Materiallarda MN-nin zabitlərinin Fətullah Gülənlə əlaqələrinə dair kifayət qədər məsələ var idi... Çapı nəzərdə tutulmuş anti-Azərbaycan yazılar KİV səhifələrindən çıxarıldı. Həmin yazıların adlarına baxın:
Hilal Kaplan. (Sabah qəzetəsi). “Sabah qəzetəsi”nin tanınmış yazarı Hilal Kaplan 2016-cı ilin iyul-avqust ayları arasında Azərbaycan MN-nin əleyhinə doqquz yazı yazıb: “Fətullah Gülən və Azərbaycan generalı...”, “Azərbaycanda Fətullah kölgəsi”, “Azərbaycan zabitləri nədən Güləni sevirlər” kimi yazıları Türkiyənin MİT-ı tərəfindən götürülüb. Qalan yazılar qəzet səhifələrindən yığışdırılıb. 2016-cı il iyun-avqust aylarında “Sabah” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 12 müxtəlif xəbər çıxarılıb.
Abdülkadir Selvi. (Hürriyət qəzetəsi). “Hürriyət qəzetəsi”nin yazarı Abdülkadir Selvi yazılarında (xüsusilə son yazısı “Azərbaycan Ordu quruculuğunda Pensilvaniya izləri” adlanır) Fətullah Güləni Azərbaycan zabitlərinin “tərbiyəçisi” adlandırır. 2016-cı il iyun-avqust aylarında “Hürriyət” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 11 müxtəlif xəbər çıxarılıb.
Ekrem Yazar. (Yeni Mesaj qəzetəsi). “Yeni Mesaj” qəzetində Azərbaycan MN-nin bir başa rəhbərlərinə səkkiz yazısı 2016-cı ilin son iki ayı ərzində (iyul-avqust) dərc olunmaq üçün hazırlansa da, bütün yazılar qəzet səhifələrindən yığışdırıldı. Azərbaycan MN-nin əleyhinə ola biləcək yazılar dayandırıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Mesaj” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 8 müxtəlif xəbər çıxarılıb.
İbrahim Karagül. (Yeni Şafak qəzetəsi). Müəllif İbrahim Karagülün Azərbaycan MN-nin general və zabitlərinin Fətullah Gülənlə bağlı silsilə yazıları “Yeni Şafak” qəzetindən çıxarılıb. 2016-cı il iyun-avqust aylarında “Yeni Şafak” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 14 müxtəlif xəbər çıxarılıb.
Mehmet Şeker. (Yeni Şafak qəzetəsi). “Azərbaycan Ordusunda” 1670 nəfər Fətullah Gülənçinin olduğunu iddia edir. Onun 110 nəfəri yüksək rütbəli zabitlərdir. Bu yönümdə dörd yazısı qəzetdən çıxarıldı. Mehmet Şəkər son on ilin Fətullah Gülənlə bağlı Azərbaycan, Özbəkistan, Qazaxıstan və RF-sı istiqamətində araşdırmalar aparır. Materiallarından və informasiyalarından Ərdoğan administrasiyası inanılmış mənbə kimi istifadə edir. 2016-cı il iyun-avqust aylarında “Yeni Şafak” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 14 müxtəlif xəbər çıxarılıb.
Abdullah Muradoğlu. (Yeni Şafak qəzetəsi). “Yeni Şafak” qəzetində çalışır. “Azərbaycan Ordu Quruculuğunda Fətullah Gülənin payı”, “Azərbaycan generalları... Fətullah Fülənə necə məktub yazdı” və s. bu tipli altı strateji yazının müəllifidir. Lakin həmin yazılar qəzet səhifələrindən çıxarıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Şafak” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 14 müxtəlif xəbər çıxarılıb.
Prof. Dr. Haydar Baş. (Yeni Mesaj qəzetəsi). “Azərbaycan Ordusu və Gülən strategiyası”, “Azərbaycan əsgəri nədən Fətullah Güləni sevdi”, “Fətullah Gülənin Bakıya, əsgər Qədirovlar ailəsinə məktubu” və s. bu kimi anti-Azərbaycan yazıların verilməsi kütləvi oxucu auditoriyasına təsir edir. Lakin bu yazılar mətbuat səhifələrindən çıxarıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Mesaj” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 8 müxtəlif xəbər çıxarılıb.
Orhan Dede. (Yeni Mesaj qəzetəsi). 2004-cü ildən Azərbaycanda Fətullah Gülənin xəttini araşdırır. Azərbaycan MN-nin generallarını tədqiq edir. “Yeni Mesaj” qəzeti üçün hazırlanmış “Azərbaycan generalları nə üçün Pensilvaniyaya telefon açdılar?..”, “Fətullah Gülən və “Salyanskiy Kazarma””, “Dərs başlandı” və s. anti-Azərbaycan yazıları qəzet səhifələrindən çıxarıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Mesaj” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 8 müxtəlif xəbər çıxarılıb.
Abdurrahman Dilipak. (Yeni Akıt qəzetəsi). “Azərbaycanın Gəncə, Şəmkir, Qazax, Daşkəsən ordu bölmələrində Fətullah Güləni Türkiyə hadisələrini dəstəkləyən zabit və əsgərlərə etiraz” adlı dörd yazısı saxlanıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Akıt” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 9 müxtəlif xəbər çıxarılıb.
Mehtap Yılmaz. (Yeni Akıt qəzetəsi). “Azərbaycanın Gülənçi zabitləri ilə müsahibə istədim”, “Mən nə üçün Bakıya getmədim”, “Azərbaycan Müdafiə Nazirliyinin qabağındakı dörd saat müşahidə” kimi anti-Azərbaycan yazıları qəzet səhifələrindən çıxarıldı. 2016-cı il iyun-avqust aylarında “Yeni Akıt” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 9 müxtəlif xəbər çıxarılıb.
Lütfü Oflaz. (Star qəzetəsi). Lütfü Oflaz anti-Azərbaycan istiqamətində yazılar müəllifidir. O, anti-Azərbaycan “Bakıda Fətullah Gülən əsgərləri toplanırmı?..”, “Fətullah Gülən və Azərbaycanın müdafiəçiləri” və s. müəllifidir. 2016-cı il iyun-avqust aylarında “Star” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 12 müxtəlif xəbər çıxarılıb.
Fadime Özkan. (Star qəzetəsi). Müəllif son dörd ildə anti-Azərbaycan müəllifi kimi tanınıb. Onun “Qanlı Gülən və “Şanlı” Azərbaycan generalları”, “Bakıda əsgərlər arasında Fətullah Gülənin kitablarını hədiyyə edən general” iki hissəli materialı saxlanıldı, çapı dayandırıldı. 2016-cı il iyun-avqust aylarında “Star” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 12 müxtəlif xəbər çıxarılıb.
Fuat Uğur. (Türkiye qəzetəsi). “Azərbaycandan Fətullah Gülənçilərdən Suriya PKK-sına 50 milyon dollar vəsaiti kim göndərdi?”, “Bakıdan Fətullah Gülənə nə yazdılar?” kimi yazılar və s. məktublar dayandırıldı. 2016-cı il iyun-avqust aylarında “Türkiye” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 15 müxtəlif xəbər çıxarılıb.
Cemil Ertem. (Milliyet qəzetəsi).
“Milliyet qəzetəsi”nin yazarı Cəmil Ertemin Fətullah Gülənlə 2015-il avqust-sentyabr aylarında Pensilvaniyadakı görüşlərində Azərbaycanın MN-dəki hərbi təhsil və nazirliyin digər qurumları ilə bağlı söhbətlər aşkarlanıb. “Fətullah Gülən mənə anlatdı ki, o və onun camaatı Azərbaycanın ayrı-ayrı qoşun kontingentində əsgər və zabitlər arasında geniş iş aparıblar. Onlar Fətullah Gülənin kitabları əsasında tərbiyə olunurlar...” – Bu sözləri Azərbaycan MN-nə aid böhtan dolu yazılarında verən Cəmil Ertem qeyd edir ki, o, Fətullah Gülənin bu sözündən heyrətlənib. Müəllifin son dörd ayda Azərbaycan Ordusu əleyhinə beş yazısı mətbuatdan çıxarılıb. 2016-cı il iyun-avqust aylarında “Milliyet” qəzetinin səhifələrindən Azərbaycan Müdafiə Nazirliyinin əleyhinə, onun Fətullah Gülənlə bağlılığını göstərən 16 müxtəlif xəbər çıxarılıb.
Və yaxud bir neçə ay öncə MN-də baş verən təmizləmə işləri, yeni general rütbəli zabitlərin təyin olunması (hansı keyfiyyətlərinə görə) kimin təşəbbüsü idi. Amma həqiqətdə Ali Baş Komandanın bütün bunlardan xəbəri yox idi...
Biz bu yazıları ölkənin MN-i cənab Zakir Həsənova da göndərdik. Araşdırmalarımıza görə Azərbaycanın əsgər və zabitləri həm cəbhədə, həm də dünyada baş verən ictimai-siyasi həyatdan, hadisələrdən... xəbərsizdirlər. Bu Fətullah Gülən taktikasıdır.
MN-də isə əsgər və zabitləri bürümüş biganəlik davam edir. Amma qarşıda Dövlət, Ali Baş Komandan və Vətən var, cənablar. İçinizə girmiş Xoca Fətullah Gülənin Şeytani hisslərindən kənar gəzin. O hisslərdə sizi gözləyən heç nə yoxdur. Mən qarşımdakı yüksək rütbəli zabitləri anlaya bilmədim. Və bir daha hiss etdim ki, onların bir qismi yol ayrıcından hələ də çəkilməyib. Belə yerdə Allah da yaratdığından üz döndərir.
İstənilən ərazinin strukturlarını iflic etmək üçün birinci onun Müdafiə, Təhlükəsizlik və Təhsil sisteminə hücum taktikası planlaşdırılır. İlk növbədə bu sahələrin əməkdaşları arasında kütləvi siyasi savadsızlığın, ancaq pula hərisliyin təbliğini göstərən şou-proqramların verilməsi və bu proqramların tətbiqi davam edir.
Nəticədə Fətullah Gülənin ölkənin MN-nə, Təhsil sisteminə, iri tikinti şirkətlərinə mənəvi-psixoloji hücumu baş tutur. Ulu Öndər Heydər Əliyevin qurduğu möhtəşəm Təhlükəsizlik sistemi dağılıb, sıradan çıxır. Hanı Prezident yanında Xüsusi İdarə?.. Kim dağıtdı? Kim satdı? Kim və nə üçün məhv etdi? Əslində keçmiş MTN-i də Fətullah Gülənin siyasəti dağıdıb, viran qoydu. Xaricdə məlumata görə 114 anti-Azərbaycan qrupu arasında artıq birləşmələr gedir. Dövlətimiz əleyhinə, Prezident siyasəti əleyhinə, adət-ənənəmiz əleyhinə... kitablar yazılır, filmlər çəkilir. Xarici kəşfiyyatımız isə əvvəlki kimi susur. Amma baxın, Türkmənistan xarici ölkələrə səpələnmiş 43, Özbəkistan 67, Qazaxıstan 54... anti dövlət və anti prezident silahlı, ideoloji qrupları məhv edib sıradan çıxarıblar.
Gülənçilərin qurduqları Paralel Respublikalarda vəzifəyə ancaq Gülənçilər seçilirlər. Vəzifə və təyinatlar ancaq Fətullah Gülən litseylərini bitirənlər üçündür. Məlumata görə Azərbaycanın hüquq-mühafizə sistemində çalışanların 54 faizini məhz Fətullah Gülən məktəblərini bitirənlərdir. Sual olunur: Bəs harda qaldı öz təhsil məktəblərimizi bitirənlər?
Türkiyənin MİT-in istintaq sənədlərində ölkənin hərbi hava qüvvələrinin zabiti Kemal Sarıcıoğlu verilən strateji suala belə bir açıqlama verib:
- “Xocamız nə deyirdisə, biz onu mehmetciklər (əsgərlər) arasında proqramlaşdırırdıq. Tərxis olunmaqda olan əsgərlər arasında Xocanın təbliğatını aparırdıq. Lakin əsgərlər arasında elələri olurdu ki, bizim təkliflərdən imtina edirdilər. Biz isə nəticədə həmin boylu-buxunlu, cüssəli, təmiz qanlı türk əsgərlərini tora salırdıq. Onlara böhtan, şər atırdıq...onları öz evlərinə qayıtmağa qoymurduq. Əsgərdən türmələrə göndərirdik. Bu gün Xocanın təbliğatçıları (keşikçiləri) üzündən minlərlə mehmetcik zindanlarda şər və böhtan altında əzab çəkirlər. Onları açın və buraxın... Biz onları yollarından döndərə bilmədiyimizdən, onlar cəza çəkirlər. Azərbaycanda da belədir. Eyni proqramı Fətullah Gülənçilər həyata keçirirlər... Məsələn Türkiyənin hərbi məktəblərinə daxil olan cavanlar Gülənçi deyilsə onu qəbul etmirdilər... Normal cavanlara isə əzab və işgəncə verilirdi və nəticədə onlar ordunu tərk edirdilər. Terror olunmuş əsgərlər arasında Gülən Camaatının üzvləri yoxdur. Şəhid olan əsgərlər demək olar ki, həqiqi vətənini, övladını sevən... türk əsgərlərdir. Şəhid gedən türk əsgər yoxsul və kasıb övladlarıdır. Bunu Allah götürməz... Bütün bunlar Amerikanın xüsusi xidmət orqanlarına məxsus proqramlardır... Ərdoğan başladı... amma gec başladı...”
Yadıma Aprel şəhidləri düşdü. Mənə deyin görüm o şəhidlər içərisində bir varlının, bir dövlət məmurunun, bir generalın, bir deputatın və s. övladı varmı, cənablar? Bəs belə olanda bizim ordumuzun qabağında qeyrətdən, vicdan və ləyaqətdən danışmağa haqqımız çatarmı?.. tələm-tələsik Parlament ordumuzla bağlı informasiyaların mətbuata çıxarılmasının qarşısını alan qanun ratifikasiya etdi. Amma axtarın, görün burda kimin barmağı var?.. Nəticədə ordumuz haqqında məlumatları kənarda axtarırıq, özgə mətbuat və saytlardan oxuyuruq.
Qayıdıram bir az əvvəlki sənədlərə. Məsələn, 2013-cü ilin may ayında Bakıda keçirilən “ABŞ və Azərbaycan strateji yanaşmaları” toplantıda iştirak edən ancaq Gülən Camaatı idi və Fətullah Gülən bu iş üçün 1,5 milyon dollar ayırmışdı. (Bax: sənədlərə). Üçyüz nəfərin qatıldığı bu toplantıda Fətullah Gülən təbliğ olundu. Hamı susurdu. Almanın içinə girən qurddan xəbərimiz yox idi. Çünki biri Bakının bağlarında Fətullah Gülənin pulu ilə villa salırdı, biri vəzifə alırdı... biri də nəvəsini sünnət elətdirib, Vaşinqtonun (bəli, mən yanılmıram) sağlığına badə qaldırırdı... Ölüm olsun sizlərə... Gələn konqresmenlərə heç olmasa nəzər salaydınız. Baxın, Qriqori Rep Miks (Nyu-York), Brian Kelsey (Vaşinqton), Riçard Luqar (İndiana), Şeyla Cekson (Texas)... kimi konqresmenlər Dağlıq Qarabağı müstəqil erməni respublikası kimi tanıyanlardan olub.
Mən bu yazımda nəyinsə təsdiqi üçün heç bir müqayisə yolunu tutmuram. Məsələn bu gün Türkiyə parlamentində 120 deputat ABŞ-da özünə isti yuva qurmuş, MKİ-nin yastığına baş qoyan Fətullah Gülənlə yazışmada davam edir. Xoca Fətullah Gülən bu gün həmin deputatlardan və ölkədəki qeyri-hökumət təşkilatlarından verdiyi 186 milyon dolları tələb edir. “Ya öhdəliyi yerinə yetirin, ya qaytarın...” – deyən Fətullah Gülən bu məbləği 2016-cı il üçün ayırmışdı. Qurulacaq Paralel respublikanın dayaqları üçün.
Fikrimcə bu hadisələrdə qurunun oduna yaşı da yandırmaq, cəhd edib vurub sıradan çıxarmaq olmaz. bu insanlıqdan uzaq, ləyaqətsiz bir işdir. Məsələn Türkiyə hadisələri baş verən kimi bəzi KİV və radio – TV-lər Azərbaycan Parlamenti üzvləri sırasında Fətullah Gülənçiləri axtarmağa başladılar. Kimin kiminlə düşmənçiliyi varsa, dərhal işə başladılar: Filankəs Gülən Camaatındandır və s. ittiham etdilər. Türkiyənin MİT qovluğunda Azərbaycan Parlamentinin üzvləriylə bağlı kifayət qədər material var... kimin kim olması o qovluqdakı istintaq materiallarında var. Azərbaycan mətbuatı və bəzi saytlar iddia edirlər ki, deputatlarımızdan Fazil Qəzənfəroğlu, Nizami Cəfərov, Nazif Həmzəyev və s. Fətullah Gülənçilərdilər, “Gülən Camaatı”nın üzvləridir... (Amma həqiqi Camaat üzvləri, Azərbaycana nifrət bəsləyən parlamentçilər kölgədə qaldılar.)
Aparılan istintaq materiallarında (əlbəttə Türkiyə tərəfdə) hörmətli deputatlarımızdan Fazil Qəzənfəroğlu və Nizami Cəfərov haqqında eləcə də bir neçə başqa deputatlarımız haqqında ayrıca arayışlar var.
Arayışı imzalayan MİT zabiti Adnan Saleh yazır: “... Araşdırmalarımız dəqiqdir və bitib. Bakıdan Türkiyə çevrilişlərinə dəstək verən deputatlar, nazirlər, şirkət sahibləri, məktəb direktorları, universitet rektorları, hüquq-mühafizə işçiləri də var... Təəssüf edirəm. (Onların adlarını çəkmək mənim səlahiyyətimdə deyil. – R.N.)
Lakin Bakı mətbuatının öz səhifələrinə çıxardıqları Fazil Qəzənfəroğlu, Nizami Cəfərov kimi insanları ittiham etmək olmaz... Bu insanların hər biri ləyaqətli və milləti üçün iş görənlərdir... Mən Fətullah Gülənə 2014-cü ildə xeyli məktub göndərdim. Telefon əlaqəsinə çıxdım. Amma hiss edirəm ki, səhv etmişəm. İstər-istəməz mən də Türkiyə daxilində Paralel Respublika quruculuğunda iştirak etdim... İndi cəzamı çəkirəm. Amma məni bağışlayan olacaqmı?..”
Zabit Adnan Salehin açıqlamaları çox ciddi və sərt idi. Amma istər-istəməz düşünməli olursan! Nədən bu qarma-qarışıq zamanda pusquda dayanan düşmənlər fürsətdən istifadə edib, ləyaqətli övladlarımızı ittiham edirlər... Nə üçün?.. Deputat Fazil Qəzənfəroğlunun və Nizami Cəfərovun “damarlarından təmiz türk qanı” (Türk zabiti Adnan Salehin istintaqa verdiyi ifadədən) axır deyən istintaq altında yatan türk zabitinin açıqlamalarında çox ciddi çağırışlar var. “Qoruyun... təmiz nəfəsləri qoruyun” – deyən Adnan Salehin istintaq materiallarını zaman gələndə bütöv oxuyacağıq...
Araşdırma materialları sırasında Azərbaycanın bilavasitə Fətullah Gülənlə təmas quran Azərbaycan Aqrar Universitetinin (Gəncə), Azərbaycan Texnologiya Universitetinin adları hallanır. Şübhəsiz hər iki universitetə soxulmuş və dövlətçiliyimizə, təhsilimizə yamaq olan, milli dəyərlərini, varlıqlarını itirmiş adamlar haqqında (kimliyindən asılı olmayaraq) geniş araşdırmalarımız var...
Türkiyənin MİT-nın topladıqları materiallar sırasında Azərbaycan müəllimlərinin bir qisminin universitet və məktəblərdə məhz Fətullah Gülən proqramlarından çəkdikləri əziyyətlərdən bəhs olunur. MİT-nın 136 saylı qovluğunda məhz bununla bağlı fakt və sənədlər, alınan ifadələr var. Əslən Ankaradan olan Fətullah Gülənin yaxın dostu sayılan şirkət sahibi Sarvan Nemətoğlunun ardıcıl olaraq Azərbaycanın Aqrar Universitetində və Azərbaycanın Texnologiya Universitetində olması, görüşlər keçirməsi, tövsiyələr verməsi haqqında artıq Türkiyənin MİT-nın materialları sırasında özünə yer alıb. Məsələn, “Sənin Azərbaycanda nə işin?” – sualına şirkət sahibi Sarvan əfəndi cavab verə bilməyib. Amma orada görüşdüyü, söhbətləşdiyi... adamların adlarını, həmin təhsil mərkəzlərində işlədikləri Gülən camaatının layihələrindən danışıb, ifadələr verib... Onun ifadələri sırasında maraqlı bir nüans var. Sarvan Əfəndi ifadəsində yazır: “...Azərbaycanda Xocam Fətullah Güləndən uzaq düşən və Camaata qoşulmayan müəllimlərin sıradan çıxarılması, fiziki, psixoloji və mənəvi cəhətdən təhqir olunaraq, təhsil sistemindən uzaqlaşdırılması prosesi davam edir... Məsələn mən Gəncədə olarkən professor Vahid Tofiq oğlu Əmrahov adlı istedad sahibinin başına açılan oyunlarda iştirak etdim. Onu Gülən Camaatına qoşmaq istədilər, o isə bütün bunlardan imtina etdi. Dövlətçiliyimizə, cənab Prezidentə xidmət etməyi, millətin övladlarına canını verməyə hazır olduğunu (məktubdan) dedi... Amma ona imkan vermədilər... Əsl Gəncəlilər isə kənarda seyirçi oldular. Onda Gəncə Dövlət Təhlükəsizlik Xidməti, Şəhər Prokurorluğu, Şəhər İcra Hakimiyyəti də susmaqda davam etdilər. Vahid Əmrahov Gəncə Aqrar Universitetində müəllimdir. Bir müddət kafedra müdiri işləyib. Hazırda o, Doktor olmaq şansını qazanıb. Lakin Gəncə Gülənçiləri onun şansını oğurlamaqla məşğuldurlar. Müəllim Vahid Əmrahov məni bağışlasın, onun işini ləngidənlərdən biri olmuşam. Mən inanıram ki, Vahid Əmrahov kimi istedadlı adamları təhsildə gecikdirənlər – Xoca Əfəndinin casusları yaxın günlərdə cinayət masasında əyləşəcəklər. Təhsil haqqına gücləri çatmayan tələbələrə 2016-cı ilin mart ayında belə bir müraciət olunmuşdu. “Fətullah Gülən Camaatına qoşul!.. Təhsilini başa vur!..”
Amma yüzlərlə tələbə bundan imtina etdi. Nəticədə həmin tələbələr təhsildən qovuldular...”
Mən bütün bunlardan sonra düşünməyə bilmirəm. Nə üçün Fətullah Gülənin Türkiyəli emissarları Azərbaycanda tüğyan edir? Onlara rəvac verən sözsüz ki, bizim içimizdəndir. Görünür Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə sığınan bu adamın Azərbaycanla bağlı çirkin işləri bitməyib. Amma təəssüf edirəm ki, bu çirkin işlərə biz də qoşulduq. Sakit və dinc həyatımızı, dövlətçiliyimizi... Fətullah Gülənçilərə verdik... Çox təəssüf. Bizi bağışlayan nə tarix olacaq, nə ölənlərimiz, nə qalanlarımız, nə şəhidlərimiz...
Heç Allah da bizə yaxın düşməyəcək. Biganə millətik... biganə kimi də ölüb, itəcəyik.
Bu da ABŞ-ın Bakıdakı səfirliyinin qabağı. Əlimdə məktub tutub, içəridən kiminsə gəlməsini gözləyənlərə tamaşa etdim. Amma bu dəfə heç kim gəlmədi... Çünki Fətullah Gülən və onun sığındığı MKİ-si daha Azərbaycanda müxalifətli, iqtidarlı heç bir casusuna inanmaq istəmir. Çünki bu casuslar iki yox, dörd yerə işləməyi özləri üçün əsas meyar seçdilər...
ABŞ səfirliyindən xahiş etdilər ki, (məhz xahiş etdilər) daha Fətullah Gülən haqqında, Camaat haqqında bütün bilgiləri saxlayım... yazmayım. Amma nə üçün? Mənim dövlətim haqqında, Prezidentim haqqında, generallarım və ən gözəl ziyalılarım , torpağım... haqqında düşməncəsinə düşünən, “Mən Azərbaycana nifrət edirəm...” – deyən adamdan necə yazmayım? Onu boş buraxmaq olarmı?
Rövşən Novruzoğlu.
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.