Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Deputatlar bu tarixdə tətilə -ÇIXIR

 

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi məlum olub.

Yenixeber.org-un məlumatına görə, sonuncu iclas dekabrın 29-da baş tutacaq.

Mövcud qanunvericiliyə görə, iclasdan sonra deputatlar tətilə çıxacaq. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Tətildən sonra yaz sessiyası fevralın 1-də başlayacaq. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, bu gün də parlamentin plenar iclası var. Gündəliyə 17 məsələ daxil edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam