Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Nadir İsmayılovun xaricdəki hesabında 5,4 milyon var imiş

nadir-ismayilovun-xaricdeki-hesabinda-54-milyon-var-imis

Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul olduğu müəyyən edilib.

Yenixeber.org: Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub.

Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai rayonu icra şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam