Qəzzada son sutkada 47 fələstinli ölüb, 108 nəfər yaralanıb.
Yenixeber.org: Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 44 429 nəfərə, yaralananların sayı 105 250 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.