Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

İsveçrə səfirliyi tam tərkibdə Tehranı tərk edərək Azərbaycana gəlib

İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblər

Yenixeber.org: Bu barədə məlumatı İsveçrənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar İranda hərbi əməliyyatların intensivliyi və hökm sürən qeyri-sabit vəziyyətlə əlaqədardır.

Nazirlikdən diplomatik nümayəndəliyin bütün əməkdaşlarının Tehrandan təxliyə edildiyini də bəyan edilib:

“Səfirliyin bütün əməkdaşları İrandan təxliyə edilib. Onlar yalnız vəziyyət sabitləşdiyi halda İran ərazisinə qayıdacaqlar. Biz tərəfləri vəziyyətin sabitləşdirilməsi məqsədilə dialoqa çağırırıq”.

İsveçrə xarici işlər naziri İqnasio Kassis isə bildirib ki, bəzi əməkdaşlar səfirlə birlikdə bir qədər əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər: “Onların ardınca daha bir qrup da Bakıya təxliyə olunub. Bu şəxslərin yaxın vaxtlarda İsveçrəyə yola düşəcəyi gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam