Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Paşinyanın Türkiyə səfəri:Sülhə doğru addım, yoxsa siyasi alver?

news content


Ermənistan Baş nazirin Türkiyə səfəri regionda sülhə töhfə verəcəkmi

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün işgüzar səfərlə Türkiyəyə gedib. Ermənistan hökumətindən verilən məlumata görə, Paşinyanla birlikdə Türkiyəyə səfər edən nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan parlamentinin sədr müavini və erməni-türk danışıqlarında İrəvanın nümayəndəsi Ruben Rubinyan, həmçinin xarici işlər nazirinin müavini Vahan Kostanyan daxildir.

İstanbul beynəlxalq hava limanında Paşinyanın rəhbərlik etdiyi heyəti Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

Erməni tərəfinin yaydığı məlumata görə, Paşinyan İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanla görüş bu axşam İstanbulda baş tutacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi AFP-yə bildirib ki, tərəflər görüş zamanı Azərbaycan-Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması səylərini, həmçinin İran-İsrail qarşıdurmasının regiona təsirlərini müzakirə edəcəklər.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyədə səfərdə olub. Ərdoğanla görüşdə o, Türkiyə-Azərbaycan ittifaqını təkcə regional deyil, qlobal səviyyədə də mühüm amil kimi qiymətləndirib. Ərdoğan isə öz növbəsində ölkəsinin Azərbaycana tam dəstəyini ifadə edib və Ermənistanla sülhün bərqərar olunmasına çalışdıqlarını vurğulayıb.

Xatırladaq ki, bu səfərdən əvvəl, ilin əvvəlində Paşinyan bəyan etmişdi ki, Ermənistan 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə soyqırım kimi tanınmasına dair səylərini dayandıracaq. Bu qərar Ermənistanda geniş tənqidlərə səbəb olmuş və Türkiyəyə böyük güzəşt kimi qiymətləndirilmişdi.

Erməni-türk danışıqlarının nəticələrinə əsasən, sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması nəzərdə tutulmuşdu, lakin bu qərar hələ ki icra olunmayıb.

İrəvan və Ankara rəsmi açıqlamalarda əlaqələrin heç bir ilkin şərt olmadan normallaşdırılmasını vurğulasalar da, Türkiyə rəhbərliyi vaxtaşırı şərtlər irəli sürür – bu şərtlər arasında Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması da yer alır.

Ekspertlər bu səfəri Ermənistan və Türkiyə arasında yeni əməkdaşlıq və qarşılıqlı anlaşma mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Əvvəlki illərdə sərhədlərin bağlı olması, diplomatik münasibətlərin məhdud olması və qarşılıqlı etimadsızlıq regionda gərginliyi artırırdı. İndi isə dialoq və qarşılıqlı əməkdaşlıq təşəbbüsləri yeni imkanlar açır.

Ermənistan rəhbərinin Türkiyədən əsas gözləntiləri Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesində konstruktiv dəstəkdir. Türkiyənin regionda güclü siyasi və iqtisadi təsiri, həmçinin Azərbaycanla yaxın əlaqələri Paşinyan üçün vacib tərəfdaş olmasını təmin edir.

Paşinyan Türkiyə ilə sərhədlərin açılması və nəqliyyat, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi vasitəsilə Ermənistanın iqtisadi canlanmasına da ümid edir. Bu, həmçinin Azərbaycanla münasibətlərin normallaşması üçün vacib şərtdir.

Bundan əlavə, Türkiyənin dəstəyi Ermənistanın beynəlxalq aləmdə sülh prosesində daha geniş legitimlik qazanmasına yardımçı ola bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın roluna gəlincə, onun diplomat kimi təşəbbüsləri və regional layihələrdə vasitəçilik fəaliyyəti sülh prosesinin uğurla nəticələnməsində həlledici ola bilər. Ərdoğan sülh müqaviləsinin imzalanması üçün təzyiq və təşviq vasitələrindən istifadə edərək, regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir.

Türkiyə, həmçinin, Azərbaycanın təşəbbüsləri ilə sinxron şəkildə Ermənistanın regional layihələrə, xüsusilə nəqliyyat və enerji infrastrukturuna qoşulmasına dəstək verə bilər. Bu da Qarabağdan Xəzərə qədər geniş iqtisadi inteqrasiyanın əsasını təşkil edəcək.

Nikol Paşinyanın Türkiyəyə səfəri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin yaxınlaşması üçün mühüm siyasi mesajdır. Bu səfər üçtərəfli münasibətlərdə yeni əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin yaranmasına təkan verə bilər.

Beləliklə, regionda sabitliyin bərqərar olması, iqtisadi canlanma və sərhədlərin açılması perspektivləri bu səfərin əsas gözləntilərindəndir. Eyni zamanda, Ermənistan daxilində bu prosesin müxtəlif reaksiyalarla qarşılanacağı istisna deyil.

Ümumilikdə, Paşinyanın Türkiyə səfəri, Türkiyə Prezidentinin fəal rolu və Azərbaycanın regiondakı təşəbbüsləri, Cənubi Qafqazda yeni dövrün – sülh, əməkdaşlıq və inkişaf dövrünün başlanğıcı kimi dəyərləndirilə bilər.

Nikol Paşinyanın Türkiyə səfərinə bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi fonunda baxmaq da vacibdir. Bu iki paralel səfər üçtərəfli münasibətlərdə yeni siyasi dinamikaların işarəsi kimi qiymətləndirilir.

Azərbaycan üçün Türkiyə Ermənistanla dialoqun aparıldığı regional formatda həlledici tərəfdaşdır. İlham Əliyevin Türkiyə səfəri həm Ankara ilə strateji əlaqələri möhkəmləndirmək, həm də bölgədəki sülh və təhlükəsizlik məsələlərində koordinasiyanı artırmaq məqsədi daşıyır.

Paşinyanın Türkiyədə yüksək səviyyədə qəbul olunması Azərbaycana da müsbət siqnal kimi dəyərləndirilə bilər. Bu, sülh prosesinin irəliləməsi üçün üçtərəfli əməkdaşlığın vacibliyini göstərir. Azərbaycan hökuməti ehtimal ki, Türkiyə vasitəsilə Ermənistanla dialoqun davamından, sülh müqaviləsinin imzalanması perspektivindən xəbərdardır və buna dəstək verir.

Paşinyanın Türkiyədə yüksək səviyyədə qəbul olunması onun regionda legitimliyini artırır və Ermənistanın sülh prosesinə daha ciddi yanaşdığını göstərir. Eyni zamanda, bu, Türkiyənin Ermənistanla əlaqələri normallaşdırmaqda və Azərbaycanla münasibətlərin davamlılığında balanslı siyasət yürütmək niyyətində olduğunu göstərir.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başladı və bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir.  

Ekspert xatırladır ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl İlham Əliyevi ölkəsinə dəvət edərək Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsinin” açılışında birgə iştirak etdi: 

Türkiyədə seçki öncəsi vəziyyət necədir - politoloq şərh edir

Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib. Ərdoğan əvvəlcə İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Nikol Paşinyanla görüşüb müzakirə aparacağına baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq, yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin”. 

Politoloq hesab edr ki, buna baxmayaraq, Ərdoğanın açıqlamalarından hiss olunur ki, o Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir. “Çünki, bölgədə hadisələr sürətlə inkişaf edir və nə qədər ki, Rusiya və İranın başları müharibələrə qarışıb, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı. Yəqin Ərdoğan bu fikri Nikol Paşinyanın da diqqətinə çatdıracaq. Digər tərəfdən Nikol Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib”, - o qeyd edib. 

E.Şahinoğlu vurğulayıb ki, Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələlərin həlli onun xeyrinə olardı: 

Əslində Türkiyə diplomatlarının Ankarada üçlü görüşün keçirilməsi barədə planları olub. Bu dəfə alınmadı. Ancaq Nikol Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçlü formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın? Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmadı. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam