Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

ADY-nin İnfrastruktur Departamentində qalmaqal -Xanım əməkdaşın səhhəti pisləşdi.

media-ddd

Bir neçə gün öncə ADY-nın İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində növbəti insident baş verib.

Yenixeber.org: Vəziyyət o dərəcəyə çatıb ki, bir xanım əməkdaşın səhhəti pisləşib. Bu hadisə ciddi narahatlıq doğurur. Çünki neçənci dəfədir belə bir qalmaqal eşidirik. Əldə etdiyimiz məlumata görə, bu cür hallar sahədə artıq adi hala çevrilib və xüsusilə Qəzənfər Abdulazimovun işarəvermə və rabitə xidmətinə rəis təyin olunmasından sonra əməkdaşlara qarşı açıq-aşkar təzyiq mühiti yaranıb.

Məlumata görə  iki ay əvvəl də oxşar hadisə baş vermişdi. İki ay öncə 1 nömrəli işarəvermə və rabitə sahəsində işçilərin zorla işdən çıxarılması barədə məlumat vermişdik. O zaman ADY-dən bu məlumatı təkzib etmişdilər. Lakin iki aydan az vaxt keçmədi ki, sahənin rəisi elxan İsmayılov və həmin sahədə qeyri-qanuni fəaliyyət göstərən Almaz Əliyeva tərəfindən yenidən işçilərə öz ərizələri ilə işdən çıxmaları üçün təzyiqlər göstərilməyə başladı. ADY-dən verilən məlumatda deyilir ki, «… 12 iyun 2025-ci il tarixdə, saat 10:00 radələrində sahənin rəisi Elxan İsmayılov sahənin bir xanım əməkdaşını (adını hələki açıqlamırıq) öz otağına çağıraraq ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. Xanım təbii ki, ondan bu tələbini əsaslandırmağı, və rəsmi sənəd təqdim etməyi tələb edib. İsmayılov bildirib ki, bu işarəvermə və rabitə xidmətinin rəisi Qəzənəfər Abdulazimovun tapşırığıdır, lakin heç bir rəsmi sənəd yoxdur “yaz ərizəni, çıx işdən vəssalam”. Xanım təbii ki, buna etiraz edib, və bu təklifdən imtina edib. Belə olduqda, Elxan İsmayılov köməyə Almaz Əliyevanı çağırıb. Qeyd etdiyimiz ki, Almaz Əliyeva sahədə insan resursları şöbəsinin əməkdaşı kimi çalışıb, lakin törətdiyi korrupsiya əməllərinə görə vəzifəsindən azad edilib. Lakin, Qəzənfər Abdulazimov ona şərait yaradıbki, o yenə insan resursları əməkdaşı kimi qeyri-qanuni fəaliyyət göstərsin.

Beləliklə. İsmayılov onu çağıraraq qadın əməkdaşa ərizə yazmdırtmasını tapşırıb. Əliyevada qadını öz otağına apararaq qabağına ərizə blankı qoyub ki, bəs yaz ərizəni işdən çıx. Xanım bundan imtina etsədə, Əliyeva ondan əl çəkməyib, nəhayət qadın ərizədə yazıb ki, “mən bunların dedikləri ilə razı deyiləm” . Bu yazını görən Əliyeva bərk qəzəblənib, və qadının üstünə qışqırmağa başlayıb və deyib ki, “ mənim blankalarımı niyə korlayırsan, yaz ərizəni çıx getdə”, o qadının üstünə elə qışqırıb ki, səsi bütün idarədə eşidilib. Bu təzyiqlərə dözə bilməyən qadının səhhəti elə Almaz Əliyevanın otağında pisləşib və o Əliyevaya xəbərdarlıq edib ki, əyər başına bir iş gəlsə bunun təqsirkarları Almaz Əliyeva və Elxan İsmayılov olacaqlar. Bundan sonra Əliyeva məcbur qalıb qadını buraxıb, lakin xəbərdarlıq edib ki, onu yenidən çağıracaq.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinın 7-ci bəndinə görə, “İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.” Lakin, ADY-nın İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində bu qanunlara məhəl qoyulmur. Almaz Əliyeva kimi, korrupsiya əməlləri törətmiş adam üçün, əmək qanunvericiliyini pozmaq nədir ki, su içmək kimi bir şey.

Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, müəssisə daxilindəki idarəetmə mühitinin ciddi şəkildə pozulduğunu göstərir. İşçiləri işdən çıxarmaq məqsədi ilə, onlara qarşı qeyri-rəsmi basqı siyasətini həyata keçirilir. Sahədə işçilərə qarşı bu cür mənəvi basqı halları artıq sistematik bir problemə çevrilib. ADY-nin İnfrastruktur Departamentinrin rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və əməkdaşlara qarşı açıq-aşkar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün.(xalq)

Adları keçənlərində mövqeyini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam