Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

 

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib.

Yenixeber.org xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib.

Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə prosesi barədə mənə məlumat verilmədiyi üçün hökmün təfərrüatlarından tamamilə xəbərsizəm”. O, bu hökmə etiraz etməyəcəyini bildirib: “Apellyasiya şikayətinə və ya başqa hüquqi münasibətlərə ümidim yoxdur”.

Məlumata görə, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin onlarla tələbəsi Leyla Hüseynzadənin müdafiəsi ilə bağlı bəyanat verib. Bundan başqa, onun magistratura işinin müdafiəsində iştirak etdiklərinə görə səkkiz tələbənin təhsil almalarına qadağa qoyulub.

İnformasiyaya əsasən, Tehran Universiteti bəyanat yayaraq Leyla Hüseynzadənin müdafiəsini “qanunsuz” adlandırıb. Bu məsələ ilə əlaqədar iki müəllimin ixtisası “etibarsız” elan edilib.

Qeyd olunub ki, Leyla Hüseynzadəni müdafiə edən tələbələr “qanunsuz və separatçı mitinqdə iştirak etmək” ittihamı ilə intizam komissiyasına çağırılıb və ümumilikdə, 8 semestr təhsildən kənarlaşdırılıblar.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin yaydığı sənəddə tələbə fəal “Tehran Universitetində dini hicabsız oxumaqda” və “sistem əleyhinə təbliğat aparmaqda” ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam