Livanın “Hizbullah” hərəkatı İsrailə təxminən 135 raket atıb.
Yenixeber.org: Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) “Telegram” kanalı məlumat yayıb.
“Bu gün (23 oktyabr) saat 23:00-a olan məlumata görə, “Hizbullah” terror təşkilatı tərəfindən atılan təxminən 135 mərmi Livanın İsraillə sərhədini keçib”, - deyə məlumatda deyilir.
Nə qədər raketin vurulduğu və nə qədərinin hədəfə çatdığı barədə isə heç bir məlumat verilmir.