Bu dövlət Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verdi -RƏSMİ
Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.
Yenixeber.org: Bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.
O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:
“Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.