Ermənistan MDB-nin iki bəyanatına qoşulmadı
Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında iki bəyanata qoşulmayıb.
Yenixeber.org: Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Bəyanatlardan biri “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri”, ikincisi isə “beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlıdır.