Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Fazil Mustafa onun da ömürlük həbsini istəyir

 

Fazil Mustafa cinayətində təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətləri üzrə baxış başlayıb.

Yenixeber.org-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar. Onlara hüquq və vəzifələri izah edilib. 

Zərərçəkmiş millət vəkili Fazil Mustafa da hökmdən şikayət verib. F.Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük məhkum edilməsini istəyir. Bu instansiyada da deputatı nümayəndəsi Əjdər Əhmədov təmsil edir. 

Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar şikayət ərizələrində hökmün dəyişdirilməsini xahiş edirlər.

Tərəflərdən bəzilərinin vəkilləri məhkəmədə iştirak etməyib. Bu səbəbdən ilkin baxış iclasının davamı oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt da millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb. 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam