Yenixeber.org: Daha sonra VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli seçicilərə öz platforması, bölgə ilə bağlı təklif və planlarından danışıb. Yardımlı və Masallı rayonunun coğrafi mövqeyindən irəli gələn üstünlüklərindən danışan namizəd bu potensialdan lazımınca bəhrələnmək üçün turizm və kənd təsərrüfatı sahəsində dövlət proqramlarının vacibliyini bildirdi. Samir Əsədliu qarşıda duran işlərdən, VHP-nin seçki platrorması, məramnaməsi, sosial-iqtisadi vəziyyətlə bağlı proqramı barədə məlumat verib.
Sonda seçicilərin problemləri dinlənilib və onların sualları cavablandırılıb.