Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vidadi İsayev dövlət işçilərini qapısında qul kim işlədir -İLGİNC FAKTLAR

Bərdənin icra başçısı Vidadi İsayev dövlət qulluqçularını öz evində, obyektlərində qanunsuz olaraq işlədir.

Yenixeber.org: Bu barədə redaksiyamıza Bərdə sakinləri məlumat verib. Xəbərdə deyilir ki, icra başçısı “JEK” işçilərini – faktiki dövlət qurumunun xidmətçilərini qula çevirərək şəxsi mülklərində işlətməklə ciddi narazılıq yaradıb. Son zamanla icra başçısının Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları Vidadi İsayev üçün öz əməkdaşlarını “səfərbər” edirlər. Buna etiraz edənlər isə ya cəzalandırılır, ya təzyiqlərə məruz qalır. Belə ki, icra başçısının kommunal təsərrüfat idarələrində rəhbər vəzifələrdə olan qohumları işçilərini zorla İsayevin qapısında işləməyə göndərirlər. Onlar bu tapşırığın icra başçısından gəldiyini deyirlər. Nəticədə Bərdədə ciddi sosial narazılıq baş qaldırmaqdadır.
Redaksiyamıza olan şikayətdə də deyilir ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər. Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun. Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam